Məhkum edilən borclularla bağlı yenilik 

13:25 04.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məhkum edilən borcluların öz borcunu ödəməsi təmin edilir. Bunun üçün onların əmlakları yoxlanılır. 

Hafta.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib. O qeyd edib ki, onun əmlakı yoxdursa belə, cəzaçəkmə müəsisəsində işlə təmin olunduğu halda onun əmək haqqından tutulur.

Nazirlik rəsmisi əlavə edib ki, məlumatların daha əlçatan olması üçün elektron informasiya sistemi yaradılıb:

“Vətəndaşların daşınar, daşınmaz əmlakı, pensiya, təqaüd alması barədə məlumatlar ora daxil edilir”.

F.Əfəndiyevin sözlərinə görə, borclularla bağlı mobil tətbiqin istifadəyə verilməsi nəzərdə tutulub. Burada borclu ilə bağlı bütün məlumatlar öz əksini tapacaq:

“Vətəndaş mobil tətbiq vasitəsilə barəsində hansısa məhdudiyyətin tətbiqilə bağlı dərhal məlumatlanacaq”.